Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 05:55

Həbsdəki ilahiyyatçı öz məhkəməsində iştirak etmək istəyir


Sərdar Babayev

Masallıda məsciddə xütbə oxuduğuna görə 3 il həbs cəzası almış ilahiyyatçı Sərdar Babayevin işi Ali Məhkəməyə çıxıb. Yanvarın 30-da onun kasasiya şikayəti üzrə məhkəmə keçirilib.

İlahiyyatçı haqda hökmü Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Hakim bildirib ki, Sərdar Babayevin Ali Məhkəməyə ərizəsi daxil olub. O, kasasiya şikayətinə baxılarkən özü də məhkəmədə iştirak etmək istəyir.

G.Rzayevanın dediyinə görə, ərizə gec gəldiyindən onun məhkəmədə iştirakını təmin etmək mümkün olmayıb. Çünki məhkəmənin günü ondan öncə təyin edilmişdi.

İlahiyyatçının istəyini nəzərə alaraq, məhkəmənin fevralın 13-də keçirilməsi qərara alınıb.

S.Babayevin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı 17 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Xatırlatma

S.Babayev 2017-ci il fevralın 22-də həbs edilib. Ona CM-nin 168-1.1.3 (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması -təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycan qanunvericiliyinə dəyişikliklərdən sonra xaricdə dini təhsil almış şəxsin kütləvi dini mərasimlər, ayinlər icra etməsi qadağan olunub.

Yerli rəsmilər iddia edirlər ki, S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq edilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb: «Sərdar Babayev xaricdə ali məktəbi 2000-ci ildə bitirib, bu məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib. Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb».

S.Babayev özü də söyləyir ki, məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs etdiyinə, tənqidi fikirlər səsləndirdiyinə görə sifarişlə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG