Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:33

Hərbi rəhbərlik cəbhə bölgəsində


Arxiv fotosu

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər şəxsləri bu gün, yanvarın 29-u cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbi rəhbərlik cəbhə bölgəsində mövqeləri müşahidə edib.

Növbə çəkən şəxsi heyətlə görüşən nazirə şərait barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və başqa lazımı qış ləvazimatları ilə tam təmin olunub.

Müdafiə naziri cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını da edib. O, şəxsi heyətlə söhbət aparıb, onlarla birgə nahar edib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələr üz-üzə mövqelər tutub. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG