Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:15

Ə.Qaralov: 'Bayıl yamacının süxur qatı öyrəniləcək'


Sürüşən ərazidən ailələr məktəbə yerləşdirilir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Sürüşən ərazidən ailələr məktəbə yerləşdirilir

«Sürüşmə sahəsində ekspedisiyanın əməkdaşları buruq-qazma işləri apararaq 80 faizdən çox süxur nümunələri götürəcəklər. Onların fiziki xüsusiyyətləri öyrəniləcək».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ekspedisiya rəisinin sözlərinə görə, bununla sürüşmə müstəvisi müəyyən olunacaq. Onun deməsinə görə, bu müstəvidə artıq ərazinin topoqrafik xəritəsi hazırdır.

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

Xatırlatma

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilir.

Yanvarın 24-də ərazidən 80 ailə çıxarılaraq Səbail rayonundakı məktəblərə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Ancaq Səbail Rayon İcra Hakimiyyətindən bir qədər fərqli açıqlamalar yayılıb. İcra hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov bildirib ki, xarici mütəxəssislərin rəyinə görə, baş verənlər daxili textonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG