Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 15:50

İH: 'Sürüşmə təhlükəsi olan ərazidə 103 ev...'


Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır

«Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində Bayıl yamacındakı sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyən edilib».

Bunu Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib. Onun deməsinə görə, buradakı evlərin 90 faizə qədəri 2000-ci ilə kimi olan dövrün, o cümlədən 25 faizi ötən əsrin 60-70-ci illərinin tikililəridir.

«Son 3 ildə isə ancaq 4 ev tikilib. Hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına göndərilib, araşdırmalar gedir», - İ.Kərimov əlavə edib.

İcra hakimiyyətinin (İH) təmsilçisi deyib ki, bir neçə evi çıxmaq şərti ilə, qalan evlər aztəminatlı insanlara və məcburi köçkünlərə məxsus gecəqondulardır:

Sürüşən ərazidən ailələr məktəbə yerləşdirilir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

«Sürüşmə ilə bağlı araşdırmalara gəlincə, buradakı xarici mütəxəssislərin rəyinə görə, baş verən proseslər daxili textonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq».

İ.Kərimov deyib ki, bu rəy bəzi qurumların sürüşməyə səbəb kimi tikinti və başqa xarici amillər göstərməsinə dair iddiaları alt-üst edir. Şöbə müdirinin müavinin deməsinə görə, hazırda İH-də yaradılan Qərargah üzvlərinin ərazidə apardıqları araşdırmalar başa çatmaq üzrədir.

«Yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək. Buradakı tikililərin gələcək taleyi isə hüquqi müstəvidə həll olunacaq».

Xatırlatma

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilir.

Yanvarın 24-də ərazidən 80 ailə çıxarılaraq Səbail rayonundakı məktəblərə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Nazirlikdən həmçinin vurğulayıblar ki, hazırda sürüşmə aktivdir, çatlar artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG