Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 15:47

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə bəzi yerlərdə az qar yağacağı ehtimal edilir.

Şimal-şərq küləyi əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentiin məlumatına görə, gecə 0-4 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Yanvarın 29-da ölkənin rayonlarında da qar yağacağı bildirilir.

Gündüz 3 dərəcə şaxtadan 6 dərəcəyə kimi isti, gecə 5-10 dərəcə şaxta təxmin edilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şaxtanın 14 dərəcəyə qalxacağı və yolların buz bağlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG