Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Polis Navalny-nı saxladı,Rusiyada etiraz aksiyaları keçirilir (Canlı yayım və videolar )


Tomskda etiraz aksiyası
Tomskda etiraz aksiyası

Polis Navalny-nı saxladı

Moskva Polisi müxalifətçi Aleksei Navalny-nı saxlayıb. AzadlıqRadiosunda olan məlumata görə, o yanvarın 28-də Tverskoy küçəsində aksiyaçılara qoşulmağa gedərkən saxlanıb.Onunla yanaşı bir neçə nəfərin də saxlandığı bildirilir. Moskva və Sankt-Peterburqda keçirilən aksiyalara yüzlərlə adam qatılıb.

Polis aksiyaçıları dağılışmağa çağırır.

Aksiyaya canlı yayımla burda baxa bilərsiz.

Polis Moskva və Sankt Peterburqda da fəalları saxlayır

Moskva polisi Aleksei Navalny-nın paytaxtdakı qərargahının keçmiş rəhbəri Nikolai Lyaskini saxlayıb.

Bu barədə yanvarın 28-də Azadlıq Radiosu məlumat verir. Lyaskin evindən çıxıb mitinqin keçiriləcəyi Tverskoy küçəsinə gedərkən saxlanıb.

Bu gün orda Navalny-nın çağırışı ilə “Seçicilərin tətili” şüarı ilə mitinq gözlənir.

Bundan əvvəl Moskvada Navalny-nın qərargahının indiki rəhbəri Sergei Boyko və daha 6 fəal da saxlanıb.

Hənminin Sankt-Peterburqda Navalny-nın tərəfdarlarının saxlandığı bildirilir.

Polis Navalny-nın “Korrupsiya ilə mübarizə fondu”nun Moskvadakı ofisindən komuterlər, kameralar və digər avadanlıqları götürüb.

Bu barədə ftəşkilatın direktoru Roman Rubanov məlumat verib.

Navalny deyib ki, polisin bütün səylərinə, izlənməsinə baxmayaraq, evindən çıxıb aksiyaçılara qoşulacaq.

Navalny mitinqə qatılacağını deyir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

--

Rusiyada müxalifətçi Aleksei Navalny-nın çağırışı ilə keçirilən etiraz aksiyalarında pilis fəalları saxlamağa başlayıb.

Navalny tərəfdarlarını ölkədə keçiriləcək prezident seçkilərini baykot etməyə çağırır.

Artıq Sibirin Vladivostok, Novosibirsk, Tomsk, İrkutsk, Omsk, Maqadan,Yakutsk, Kemerovo və Barnaul şəhərlərində korrupsiya əleyhinə aksiyalar keçirilib.

Vladivostokda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Vladivostokun mərkəzində keçirilən aksiyada “Seçkiyə, seçki olanda gedəcəm”, “Putin ölkənin gələcəyini yeyir” kimi plakatlar qaldırılıb.

Həmçinin Uralın Çelyabinsk və Samara şəhərlərində etiraz aksiyaları keçirilib.

Novosibirskdə etiraz aksiyası
Novosibirskdə etiraz aksiyası

Polis Navalnının Moskva ofisindəki televiziya studiyasını bağlasa da, onun YouTube-dakı kanalı aksiyaları canlı yayımlayıb.

Navalny-nın Moskva ofisi
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Buna da bax:Navalny Avropa Məhkəməsində Rusiyanı ittiham edib

“Navalny LİVE” portalı yanvarın 28-də artıq Kemerovada onlarla aksiyaçının saxlandığını xəbər verir.

Bundan əvvəl müxalifətçinin Kemerovadakı qərargahının koordinatoru Kseniya Paxomovanın saxlandığı xəbər verilmişdi.

Onu taksidən çıxararaq aparıblar.

Paxomovanın sözlərinə görə polis bir neçə gün imiş ki, onu izləyirmiş, qohumları və yaxınlarına isə təzyiqlər edilirmiş.

Kemerovada keçirilən aksiya Tomskda olduğu kimi, şəhər hakimiyyəti ilə razılaşdırılmayıb.

Buna da bax:Polis etirazlarda pozuntuların qarşısını alacaq

Tomskda da polis Navalny-nın yerli qərargahının koordinatoru Ksenya Fadaevi və daha10-a yaxın fəalı saxlayıb.

Aksiyalar zamanı polislə elə bir qarşıdurma və ya təxribat olmayıb.

Krasnoyarskda etiraz aksiyası
Krasnoyarskda etiraz aksiyası

Aleksei Navalny Kremlin və şəxsən prezident Vladimir Putinin sərt tənqidçisi kimi tanınır.

O hakimiyyəti, xüsusilə Putin və onun yaxın ətrafını korrupsiyada ittiham edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG