Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:27

Polis etirazlarda pozuntuların qarşısını alacaq


Aleksei Navalny

Rusiya polisi 18 mart prezident seçkisi öncəsi etirazlarda istənilən qanun pozuntusunun qarşısını “kəskin şəkildə” alacaq. Bunu yanvarın 25-də Daxili İşlər Nazirliyinin rəsmisi deyib.

Üç gün sonra ölkə boyunca etirazlar planlaşdırılır. Müxalifət lideri Aleksei Navalny prezident seçkisini boykot çağırışına dəstək məqsədiylə sakinləri nümayişlərə səsləyib.

Moskvada polis şöbəsinin rəsmiləriyə görüşdə daxili işlər nazirinin birinci müavini Aleksandr Gorovoi deyib ki, polis vətəndaşların konstitusiya və digər qanunvericiliyə uyğun olaraq toplantı keçirmək azadlığına sayqıyla yanaşacaq.

Amma nazir müavini onu da əlavə edib ki, “bu qanunların istənilən şəkildə pozulması tamamilə kəskin şəkildə önlənəcək”. Xəbəri RIA dövlət xəbər agentliyi yayıb.

Navalny-nin barəsində məhkəmə hökmləri əsas gətirilərək seçkiyə namizədliyi qeydə alınmayıb. Özüysə ittihamların onun seçkidən kənarlaşdırılmasından ötrü saxtalaşdırıldığını deyir.

Navalny seçkini prezident Vladimir Putin-in “yenidən təyinatı” adlandırıb, rusiyalıları seçkiyə getməməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG