Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:42

Milos Zeman növbəti dəfə Çexiya prezidenti seçildi


Milos Zeman

Milos Zeman növbəti dəfə Çexiya prezidenti seçildi.

Yanvarın 27-də president seçkisinin ikinci mərhələsində səslərin demək olar ki, hamısının sayılması, Zeman-ın təxminən 52 faiz , onun rəqibi, akademik Jiri Drahos-un isə 48 faiz səs topladığını göstərir.

Səsvermədə təxminən 65 faiz seçici iştirak edib.

Rəsmi nəticə yaxın günlərdə elan ediləcək.

İki həftə əvvəl keçirilən birinci mərhələdə Zeman tyəxminən 39, Drahos isə 26 faiz səs toplamışdı.

Zeman rusiyapərəst və çinpərəst mövqei ilə tanınır, miqrantlara qarşıdır.

Drahos isə liberal və avropapərəstdir.

Zeman ilk prezidentlik müddətində bir neçə dəfə Rusiyaya səfər edib, Krım və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları qaldırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG