Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:26

Yanvarın 26-da Baş Prokurorluqda prokurorluq orqanlarının 2017-ci ildə gördüyü işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında baş prokuror Zakir Qaralovun hesabat çıxışı olub.

Bu barədə bu gün, yanvarın 27-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş prokuror 2017-ci ili uğurlu hesab etdiyini bildirib. Deyib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub.

Onun sözlərinə görə, ötən il qeyri-aşkar şəraitdə törədilən, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq,dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşıb. Keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub.

Ötən il ümumilikdə hüquq mühafizə orqanlarında 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraqməhkəmələrə göndərilib.

Kollegiyada vurğulanıb ki,Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi2017-ci ildə rüşvətlə bağlı,vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqını tamamlayaraq məhkəmələrə verib.

“Ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib. 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub”, kollegiyada qeyd edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG