Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Aqroparklara 150 milyon yatırılıb


Şəmkir aqroparkı

Dövlət aqroparkların yaradılmasına təxminən 150 milyon manata yaxın sərmayə qoyub.

Azərbaycanda dövlət dəstəyi ilə 43 aqropark yaradılır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkə başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonunda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi aparılır. Aqroparkların infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və o cümlədən 102 milyon manat güzəştli kredit ayrılıb.

Aqroparkların üçündə birinci mərhələ başa çatdırılıb.

Hazırda aqroparkların 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparıldığı bildirilir.

Nazirlikdən 2018-ci ildə 15 aqroparkın istifadəyə veriləcəyi deyilib.

Hökumət rəsmiləri bəyan ediblər ki, aqroparklar yaratmaqda məqsəd ölkə iqtisadiyyatında neftdən asılılığı azaltmaq, onu şaxələndirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG