Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Trump Van Gogh-un əsərini istədi, qızıl unitaz təklif elədilər


"Amerika" əsəri
"Amerika" əsəri

Ağ ev prezident Donald Trump və xanımı Melania-nın otaqları üçün Vincent van Gogh-un əsərini kirayə götürmək istəyib. Nyu Yorkdakı Guggenheim muzeyinin baş kuratoru isə yazdığı cavab məktubunda nəzakətli, amma qəti şəkildə bildirib ki, muzey bu xahişi yerinə yetirə bilməz. Bu haqda “The Washington Post” qəzetində Paul Schwartzman yazır.

Ağ ev van Gogh-un 1888-ci ildə yaratdığı “Qar mənzərəsi”ni istəyibmiş. Kurator Nancy Spector-un təklif etdiyi alternativ isə budur: 18 karatlıq, tam işlək vəziyyətdə olan qızıl unitaz. “Amerika” adlı bu interaktiv eksponatı tənqidçilər bu ölkədə aşırı sərvəti hədəfləyən satira adlandırırlar.

UZUNMÜDDƏTLİ KREDİTƏ...

Guggenheim bir il ərzində müasir incəsənət təmsilçisi Maurizio Cattelan-ın bu əsərini ictimai tualetdə sərgiləyib, muzeyin beşinci mərtəbəsində yerləşən tualetdə ziyarətçilər ondan yararlana biliblər.

*** Buna da bax: Trump Davosda – ‘zəfər anı’

Sərgi bitib və “prezidentlə birinci ledi onu Ağ evdə quraşdırmaqda maraqlıdırlarsa, bu, mümkündür”, – Spector-un yazdığı emaili “The Washington Post” əldə edib. Kuratorun sözlərinə görə, “sənətkar bu unitazı Ağ evə uzunmüddətli kredit qarşılığında təklif edə bilər. Əlbəttə, bu, çox dəyərli, həm də kövrək bir əşyadır, amma quraşdırılması və baxımı üçün bütün təlimatları verə bilərik”.

Qeyd edək ki, əsərin müəllifi Trump-ın tənqidçilərindən sayılır.

Guggenheim-in sözçüsü Sarah Eaton Spector-un həmin elektron məktubu sentyabrın 15-də yazdığını təsdiqləyib. Məktub Ağ evin Kurasiya İdarəsindən Donna Hayashi Smith-ə göndərilibmiş.

Qəzet Ağ evdən məsələyə münasibət ala bilməyib.

Cattelan isə unitazla bağlı sualları muzeyə ünvanlanmağı məsləhət görüb, rişxəndlə gülərək, “bu, çox incə məsələdir” deyib.

QIZIL UNİTAZIN MƏNASI

Əsərinin mənası, onu niyə Trump-lara təklif etməsinə gəlincə, o deyib:

Həyatımızın mənası nədir? Biz ölənədək hər şey absurd görünür, sonradan məna kəsb edir”.

O, qızıl unitazın dəyərini açıqlamayıb, amma onun 1 milyon dollardan artıq qiyməti olduğu bildirilir.

*** Buna da bax: 8 adamın sərvəti dünya əhalisinin yarısının varına bərabərdir

Müəllif yazır ki, prezidentlərin və birinci xanımların Oval ofisin bəzədilməsi üçün böyük əsərlər kirayələməsi adi haldır. Kennedy-lər The Smithsonian muzeylər kompleksindən Eugène Delacroix-a məxsus əsər kirayələmişdilər. Obama ailəsi abstrakt əsərlərə üstünlük verirdi, Mark Rothko və Jasper Johns-dan seçim etmişdilər.

Müəllifin fikrincə, prezident Trump-ın daha öncə rezidensiyalarında, hətta təyyarəsində qızılı işləmələrə üstünlük verdiyini nəzərə alanda, gərək ki, bu unitazı da dəyərləndirsin. Amma bir məsələdə də var ki, prezident özünü vasvası sayır, onun 18 karatlıq olmasına baxmayaraq, işlənmiş unitazı qəbul edib-etməyəcəyi sualı açıq qalır.

Cattelan-ın əsəri 2016-cı ildə sərgiyə çıxarılanda böyük səs-küy doğurub. O, əsərinin yozumunu izləyicilərə buraxsa da, ideyanın cəmiyyətin canına işləyən sərvətlə bağlı olduğunu dilə gətirib. Sənətkar qızıl unitazı “99 faiz üçün 1 faiz incəsənət” adlandırıb.

Nə yeyirsən ye, 200 dollarlıq nahar elə, ya da 2 dollarlıq hot-doqla keçin, sonuc eynidir, tualetə gedirsən”, – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG