Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 06:53

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün, yanvarın 26-da Bayıl yamacı, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ərazisinə baxış keçirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

«Nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub. Operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib», - məlumatda qeyd edilir.

«Teleqüllə» sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı bildirilir.

Yanvarın 24-də ərazidən 80 ailə çıxarılaraq Səbail rayonundakı məktəblərə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Nazirlikdən həmçinin vurğulayıblar ki, hazırda sürüşmə aktivdir, çatlar artır.

Sürüşən ərazidən ailələr məktəbə yerləşdirilir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG