Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Yolların buz bağlayacağı gözlənir


Qar

Yanvarın 27-də Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı bildirilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.

Yanvarın 27-də Azərbaycanın rayonlarında da havanın arabir yağıntılı olacağı bildirilir. Bəzi rayonlarda qar yağacağı vurğulanır. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG