Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 00:23

Bağırsağından psixotrop maddə çıxdığı deyilir


Narkotik

Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İran İslam Respublikası vətəndaşının bağırsağında psixotrop maddə aşkarlandığı bildirilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin ( DGK) bu gün, yanvarın 25-də yaydığı məlumatda bildirilir.

«Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeilin üzərində qanunvericiliyə uyğun şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində həmin şəxsin daxili orqanı-düz bağırsağından 6 ədəd sellofan bükümdə ümumi çəkisi 57.20 qram psixotrop maddə aşkar olunub», - məlumatda vurğulanır.

DGK bildirir ki, aşkar edilən maddə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in I siyahısına daxildir.

İttihama hələlik saxlanan İran İslam Respublikası vətəndaşından və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Onun ittihama münasibəti açıqlanmır.

Multimedia

XS
SM
MD
LG