Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 08:25

Milanda qatar qəzasında azı 3 nəfərin öldüyü bildirilir


Qəza yeri

Yanvarın 25-də İtaliyanın şimalındakı Milan şəhərində qatar relsdən çıxıb, azı 3 nəfərin həlak olduğu, 10 nəfərin ciddi xəsarət aldığı bildirilir.

Sky TG24 telekanalının yerli rəsmiyə istinadla yaydığı xəbərə görə, 100-dək sərnişin yüngül xəsarətlər alıb. Hadisənin yerli vaxtla səhər saat 7-də baş verdiyi bildirilir.

Qəzanın səbəbi, hələlik, bəlli deyil. Faciə yerində xilasedicilər işləyir.

Sky TG24-ün hadisə yerindəki əməkdaşı xəbər verir ki, qatarın içində 5-6 nəfər qalıb. Telekanal sağ qalanların necə təxliyə olunduğunu göstərib.

Regional qatar Kremon şəhərindən Milana gedirmiş.

Bu, İtaliyada son dövrlərin ən ağır dəmiryol qəzası sayılır. 2016-cı ilin iyulunda cənubdakı Apuliya regionunda iki sərnişin qatarının toqquşması nəticəsində 23 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG