Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:13

Keçən il ölkədə yanğınlarda 51 nəfər ölüb


Yanğın

Fövqəladə Hallar Nazirliyi 2017-ci ildə ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

Statistikaya görə, 2017-ci ildə ölkədə 84 partlayış hadisəsi baş verib. Bu da 2016-cı il ilə müqayisədə 24 faiz çoxdur:

«Partlayışlar zamanı 17 nəfər ölüb, 87 nəfər xəsarət alıb».

2017-ci ildə baş vermiş yanğınlarda isə 51 nəfər ölüb, 225 nəfər xəsarət alıb. 2016-cı il ilə müqayisədə yanğında həlak olanlar sayında (3 nəfər) azalma var, Xəsarət alanlar isə 54 faiz çoxalıb.

2017-cı ildə ölkə ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2016-cı il ilə müqayisədə 1059 hadisə çoxdur. Baş verən təbii və texnogen hadisələr nəticəsində 72 nəfər ölüb, 334 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG