Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:40

Prezidentlərin görüşü olub


İ.Əliyev Davosda

Yanvarın 24-də prezident İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının prezidenti Alen Berse ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində inkişafından məmnunluq ifadə olunub.

Görüşdə həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışılıb.

Habelə, müzakirələrdə iki ölkə arasında ticarətin həcminin artırılmasının, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasının zəruriliyi qeyd edilib.

Prezidenti İ.Əliyev yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib. O, buna qədər Davosda «CISCO», «MasterCard», «BlackRock», «Royal Philips», «Lukoil», BP şirkətlərinin təmsilçiləri, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Gürcüstanın və İsrailin baş naziri ilə də görüşüb.

Xatırlatma

Yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayıb.

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG