Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 22:30

Robert Sekuta: 'ABŞ Qarabağ münaqişənin həllinə ciddi yanaşır'


Robert Sekuta

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Müəssisə Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə maliyyəsi hesabına ərsəyə gələcək.

Bunu bu gün, yanvarın 24-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənov ilə görüşündə bildirib.

Komitənin yaydığı məlumata görə, səfir Azərbaycanda məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüldüyünü bildirib. O qeyd edib ki, ABŞ hökuməti məcburi köçkünlərdən ötrü məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib.

R.Sekuta görüşün məqsədinin gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaq olduğunu ifadə edib.

Ə. Həsənov isə deyib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar bu sahədə layihələrə təxminən 1,4 milyard dollar həcmində vəsaitlər sərf edib. Bunun 820 milyon dolları ABŞ Dövlət Departamentinin, müdafiə və kənd təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli durumu da müzakirə mövzusu olub.

Komitənin mətbuat xidməti bildirir ki, R. Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

“Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”, - səfir deyib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG