Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 19:49

Şəkidə məscidə görə qarşıdurmada dörd nəfər həbs olundu


Xan məscidi

Şəkidə Xan məscidi ilə bağlı növbəti dəfə qalmaqal yaranıb və nəticədə altı nəfər yerli sakin polis tərəfindən saxlanılıb.

Bu haqda AzadlıqRadiosuna Şəki sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, yanvarın 22-də Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi Xan məscidinə gələrək, oranın boşaldılmasını istəyib və məscidin muzeyə çevriləcəyini bildirib. Qarşıdurma da bu üzdən yaranıb.

Hələ 2010-cu ildə Şəki Məhkəməsi məscidin boşaldılaraq, mədəniyyət şöbəsinə verilməsi haqda qətnamə çıxarıb. Ona görə də Xan məscidi tarixi abidə kimi, rəsmən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin balansındadır.

Ancaq Yeni Azəri İslam Cəmiyyətinin üzvləri uzun müddət məhkəmənin qərarını icra etməkdən – məscidi boşaltmaqdan imtina edib. Bu səbəbdən icma üzvləri ilə mədəniyyət şöbəsinin işçiləri, icra məmurları arasında bir neçə dəfə toqquşma olub.

Yanvarın 22-də etirazçılar Şəki şəhərinin Qışlaq hissəsindəki «Topqarağac» məscidində toplaşıb narazılıqlarını bildiriblər. Əraziyə xeyli polis qüvvəsinin cəlb olunduğu bildirilir. Dindarlarla polis arasında qarşıdurma nəticəsində altı nəfər saxlanılıb. Onlar yanvarın 23-də məhkəmə qarşısına çıxarılıblar.

Şəki məhkəməsinin qərarı ilə saxlanılanlardan dördünə - Nazim Sadıqov, Cabir Lətifov, Qəzənfər HacıyevYunis Mustafayevin hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Şirin BabayevƏlfəddin Rizvanovun hər biri isə 200 manat cərimələnib.

Həbs olunanlardan Q.Hacıyev Yeni Azəri İslam Cəmiyyətinin sədridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG