Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 09:36

Müsavatçının məhkəmədə vəsatətləri qəbul edilməyib


Əlikram Xurşidov

Bu gün, yanvarın 24-də Şirvan Şəhər Məhkəməsində Müsavat Partiyasının yerli təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclası ilə bağlı müsavatçının vəkili Nemət Kərimli məlumat verib. Onun deməsinə görə, iclasda anket məlumatları dəqiqləşdirilib. Müsavatçının müdafiə tərəfi məhkəmə qarşısında bir neçə vəsatət qaldırıb.

N.Kərimlinin bildirməsinə görə, vəsatətlərdən biri Ə.Xurşidovun ev dustaqlığına buraxılması ilə bağlı olub.

«Bildirdik ki, Ə.Xurşidov barəsində həbs-qətimkan tədbiri əsassız seçilib, onun dəyişdirilməsini istədik. Onun ev dustaqlığına buraxılması barədə vəsatətimizi məhkəmə təmin etmədi», - vəkil bildirib.

Müdafiə tərəfinin məhkəmə prosesinin audio-video çəkilişin aparılması barədə vəsatətinin də rədd olunduğu bildirilir.

N.Kərimlinin vurğulamasına görə, məhkəmə Ə.Xurşidovun dəmir qəfəsdə yox, vəkilinin yanında oturması barədə vəsatəti isə qismən qəbul edib. Ə.Xurşidovun dəmir qəfəsin qarşısında, vəkilindən kənarda əyləşəcəyi bildirilir.

Proses fevralın 7-də davam etməlidir.

Xatırlatma

Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu ötən il noyabrın 22-si axşam saatlarında Şirvan şəhərində polislər saxlamışdı.

Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham ediblər.

Yekunda isə ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.

N.Kərimli 315.2-ci maddənin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması sayıb. Onun deməsinə görə, bu ittihamlar təsdiqini taparsa, Ə.Xurşidovu 7 il həbs gözləyir. Bundan əvvəl isə ittihamlara görə, maksimim cəza 5 il həbs idi.

Müsavat Partiyası bəyanat verərək, həbsin siyasi motivli olduğunu bildirib. Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG