Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

FSB rəhbərindən yazan kimi bloklandılar


Aleksandr Bortnikov
Aleksandr Bortnikov

“Russiangate” portalı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov-un açıqlamadığı bildirilən daşınmaz əmlakı barədə araşdırma dərc edib və bundan cəmi 3 saat sonra sayta giriş qapadılıb. Bu barədə Twitter-də layihənin baş redaktoru Aleksandrina Yelagina yazıb.

Rusiyanın bir neçə böyük provayderinin, özəlliklə “МГТС” və “МТС”in müştəriləri sayta girə bilməyiblər.

Media tənzimləyicisi “Roskomnadzor”un məlumatına görə, saytın fəaliyyəti qanuna əsasən məhdudlaşdırılır, bu qanun kütləvi itaətsizliyə çağıran resursların bloklanmasına icazə verir. Məhdudiyyətin 2015-ci ilin dekabrından Baş Prokurorluğun tələbiylə qoyulduğu vurğulanır.

*** Buna da bax: FSB rəhbəri repressiyalara haqq qazandırır: 'SSRİ-yə hücum planları var idi'

Amma baş redaktor Yelagina layihənin 2016-cı ildən fəaliyyətə başladığını, heç bir xəbərdarlıq almadıqlarını qeyd edib. O, araşdırmanın başqa bir müstəqil platformaya yerləşdiriləcəyini bildirib.

BORTNİKOV VƏ QONŞULARI

Araşdırmada qeyd olunur ki, Bortnikov və müavini Sergei Smirnov Sankt Peterburqun bahalı rayonlarından olan Sestrorestkedə daşınmaz əmlaklarını bəyan etməyiblər. Yazıda iddia edilir ki, daşınmaz əmlakların və sahiblərinin qeydiyyatını aparan Rosreestr qəsdən bu elit qəsəbədə əmlak sahiblərinin adlarını gizlədib.

Bortnikov-un bəyannaməsində 28 sotluq torpaq sahəsi və onun üzərindəki kadastr dəyəri 48,5 milyon rubl olan obyektləri göstərmədiyi vurğulanır. Russiangate yazıb ki, 2011-ci ilin avqustundan ərazinin sahibi FSB rəhbəri, yaxud onunla eyni adı və soyadı daşıyan şəxs olub, amma ötən ilin iyulundan bu mülkiyyətçi barədə informasiya itib. FSB rəhbərinin qonşuları isə müavini Sergei Smirnov və həyat yoldaşıyla eyni ad-soyadlı şəxslər imiş. Onların bəyannamələrində də bu barədə informasiya yoxdur.

Nəşrin bildirməsinə görə, ərazinin bazar dəyəri 300 milyon rubladək yüksələ bilər.

*** Buna da bax: 'İnterneti anonim imzalardan və nəzarətsizlikdən təmizləmək lazımdır'

“Currenttime.tv” isə yazır ki, Yelagina bu araşdırmanın saytdan layihənin investorlarının qərarıyla yığışdırıldığını deyib.

“Mətn mənim razılığım olmadan, texniki xidmət tərəfindən, investorlarımızın qərarıyla çıxarılıb. Bu mətn mənə işim bahasına başa gələ bilər (hələ aydın deyil), amma investorlara, görünür, təkcə buna deyil (parazitlərin aşkarlanmasına pul qoymaq çətindir, elə deyilmi)”, – baş redaktor Facebook-da yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG