Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:13

Bakıda Almaniya ilə siyasi məsləhətləşmələr


Xarici işlər nazirliyi

Bu gün, yanvarın 23-də Bakıda Azərbaycan və Almaniya arasında xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparılıb.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Müzakirələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

XİN bildirir ki, X. Xələfov Almaniya hökumətinin Dağlıq qarabağdakı separatçı rejimin nümayəndələrinə viza verilməməsi ilə bağlı qərarını xatırladıb. Deyib ki, bunu Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirirlər. Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke isə öz növbəsində deyib ki, ölkəsi ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərib.

O, 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək, bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG