Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:12

Şamaxıda sürüşmə, 400 evə ziyan dəyib


Sürüşmə (arxiv fotosu)

Yağan qar və yağışdan sonra Şamaxı rayonunda aktivləşən torpaq sürüşməsi nəticəsində Quşçu kəndindəki evlərdə də çatların əmələ gəldiyi bildirilir.

APA-nın məlumatına görə, kənddə torpaq sürüşməsi hər gün davam edir, dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir.

Bu günlərdə 8 hektar torpaq sahəsinin sürüşməyə məruz qaldığı, böyük yarğanların və çökmələrin əmələ gəldiyi, yeraltı qrunt suların üzə çıxdığı bildirilir.

Xəbərə görə, sürüşmə qısa vaxtda pay torpaqlarındakı əkin sahələri ilə yanaşı həyətyanı əraziləri və tikililəri əhatə edib. Sürüşmə sahəsinin eninin 1500 , uzunluğunun 180, yarğanların dərinliyinin 2 metrə çatdığı qeyd edilir.

Buna da bax: 'Teleqüllə' sürüşmə sahəsi aktivləşib

Xəbərdə vurğulanır ki, sürüşmə zamanı həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri torpağın altında qalıb, evlərə və yardımçı tikililərə ziyan dəyib.

Həmçinin, 300 evi içməli su ilə təmin edən bulağın da torpaq altında qalma təhlükəsi ilə üzləşdiyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələrinin sürüşmə zonasına baxış keçirdiyi deyilir.

Şamaxı rayon İcra Hakimiyyətindən bildiriblər ki, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

İcra Hakimiyyətindən deyildiyinə görə, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG