Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Microsoft Rusiya şirkətlərinə satışı məhdudlaşdırıb


İllüstrativ foto
İllüstrativ foto

Microsoft şirkətinin Rusiyadakı iki rəsmi distributoru 200-dən artıq Rusiya şirkətinə Microsoft proqramlarının satışını məhdudlaşdırıb. “Reuters” agentliyi bunun ABŞ-ın yeni sanksiyaları ilə bağlı olduğunu yazır.

Agentlik qeyd edir ki, Rusiyadakı distributorların bu addımı noyabrın 28-dən qüvvəyə minmiş məhdudiyyətlərin ağır fəsadlarını üzə çıxarır.

Hələ bu harasıdır? Sanksiyalara məruz qalan Rusiya maliyyə şirkətlərinə verilən borcun müddəti 30 gündən 14 günə, enerji şirkətləri üçünsə 90 gündən 60 günə salınıb.

*** Buna da bax: Sanksiya altındakı Rusiya 'Microsoft' proqramlarını necə alıb

Daha öncə məhdudiyyətlər ən çox Rusiya şirkətlərinə kredit verən Qərb banklarına təsir göstərmişdi. Amma indi rusiyalı müştərilərə mal göndərən və xidmət göstərən şirkətlər bu qaydalardan çəkinməyə başlayıblar.

BORC GECİKDİRİLSƏ...

Rusiyada mal və xidmət üçün invoysu təqdim edəndən sonra həftələr, hətta aylarla gözləmək rutin bir məsələdir. Bəzi qərb şirkətlərinə ABŞ Maliyyə Departamentinin hüquqşünasları tövsiyə ediblər ki, nəzəri baxımdan, bu da sanksiyaların pozulması sayıla bilər.

Microsoft-un distributorlarından biri, Merlion şirkəti tərəfdaşlarına bildirişdə qeyd edib ki, Microsoft-un lisenziyalarını almış, adı sanksiya siyahısında olan bütün alıcılar ödənişləri vaxtında etməlidirlər, bəzi hallarda isə avans ödəməlidirlər.

RRC adlı digər distributorsa bildirişdə yazıb ki, ABŞ sanksiyalarına məruz qalmış firmalardan Microsoft-un sifarişlərinə “ciddi məhdudiyyətlər” qoyulur.

Avqustun 2-də imzalanmış bu sanksiyalar Rusiyanın Ukraynaya müdaxiləsi və kiberhücumlarda iştirakına görə qoyulub.

“Reuters” Merlion, yaxud RRC-dən suallarına cavab ala bilməyib.

Microsoft-dan isə “Reuters”ə bildirib ki, şirkətin “hüquqi tələblərə əməl etmək kimi güclü öhdəliyi var”.

*** Buna da bax: Facebook və Microsoft-dan Şimali Koreya hakerlərinə əks-hücum

Birləşmiş Ştatlar sanksiyaları pozanları 250 min dollar cərimələyə, yaxud sanksiyaları pozmuş sövdələşmə böyükdürsə, bu məbləği ikiqat artıra bilər. Sanksiyaları qəsdən pozmaqda təqsirli bilinənlər 1 milyon dollaradək cərimələnə, yaxud 20 illik həbsə məhkum edilə, ya da hər iki cəzanı eyni vaxtda ala bilərlər.

“Reuters” oktyabrda yazırdı ki, Microsoft-un proqramlarını Rusiya və Krımda bəzi dövlət təşkilatları və firmalar əldə edib, baxmayaraq ki, ABŞ şirkətlərinin onlarla biznes qurması qadağan olunur.

Bu və digər hallar sanksiyalarla onların tətbiqi arasındakı uçurumu üz çıxarmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG