Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Pence: “ABŞ-ın Qüdsdə səfirliyi 2019-cu ilin sonunadək açılacaq”- YENİLƏNİB


Mike Pence (solda) və Benjamin Netanyahu
Mike Pence (solda) və Benjamin Netanyahu

ABŞ-ın vitse-prezidenti Mike Pence deyir ki, Birləşmiş Ştatların Qüdsdəki səfirliyi 2019-cu ilin sonunadək açılacaq.

İsraildə səfərdə olan Pence bildirib ki, prezident Donald Trump administrasiyası bu planın gerçəkləşməsi üçün çalışacaq və səfirlik gələn il ərzində açılacaq.

Daha öncə səfirlikdən Təl Əvivdən köçürülməsinin üç, ya dörd ilə başa gələcəyi qeyd olunurdu.

İsrail parlamentində çıxış edən Pence Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını müdafiə edib.

Ötən həftə ABŞ prezidenti Donald Trump səfirliyin bir il içində Qüdsə köçürüləcəyi barədə məlumatları təkzib edib. Bir ilə köçürülməylə bağlı açıqlamanı isə İsrailin baş naziri Benjamin Netanyahu vermişdi.

*** Buna da bax: Trump: Səfirlik Qüdsə bir ilə köçürülməyəcək

***

Yanvarın 22-də ABŞ-ın vitse-prezidenti Mike Pence-nin İsrailə səfəri başlanıb. O, baş nazir Benjamin Netanyahu ilə görüşündə deyib ki, “İsrailin paytaxtı Qüdsdə olmaqdan” şərəf duyur.

Netanyahu Pence-yə ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı “tarixi” qərarına görə təşəkkür edib, deyib ki, Amerika-İsrail alyansı “bundan güclü” olmamışdı.

ABŞ-ın vitse-prezidenti parlamentdə də çıxış etməlidir.

Qüdsə səfər regional tur çərçivəsində gerçəkləşir, Pence Misir və İordaniyada da olub.

Səfər zamanı Pence-nin Fələstin rəsmiləriylə görüşü gözlənilmir.

Dekabrın əvvəlində Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı Fələstini qəzəbləndirib, fələstinlilər də Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər.

İsrail Qüdsün şərqini ilhaq etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG