Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Facebook rəqəmsal təlim mərkəzləri açır


Facebook-un populyar loqoları
Facebook-un populyar loqoları

Facebook sosial şəbəkəsi bazar ertəsi bildirib ki, Avropada üç yeni mərkəz açacaq. Məqsəd növbəti iki il ərzində adamlara rəqəmsal bacarıqlar öyrətməkdir. Sosial şəbəkə bir milyonadək adama təlim keçmək öhdəliyi götürüb.

3 MƏRKƏZ VƏ 10 MİLYON AVRO

“Reuters” informasiya agentliyinin yazdığına görə, FB İspaniya, Polşa və İtaliyada “icma bacarıqları habları” açmağı, süni intellekt tədqiqat mərkəzi vasitəsiylə Fransaya 10 milyon avro (12,2 milyon dollar) investisiya qoymağı planlaşdırır.

Qeyd edək ki, bu ABŞ şirkəti konfidensiallıq və antimonopoliya məsələləriylə bağlı Avropada tənzimləyici orqanların təzyiqiylə üzləşib.

*** Buna da bax: Facebook xəbər lentində nəyi dəyişib

Adamlar narahatdırlar ki, rəqəmsal inqilab çoxlarını geridə qoyur. Adamların rəqəmsal iqtisadiyyatda tam iştirakını təmin etməkdən ötrü gərəkən bacarıqlara sərmayə qoymaq istəyirik”, – Facebook-un icraçı direktoru Sheryl Sandberg agentliyə deyib.

İcma hablarında rəqəmsal bacarıqlar, media savadlılığı, onlayn təhlükəsizlik sahəsində təlim keçiləcək. Təlimlər texnologiyaya çıxışı məhdud olan, özəlliklə, yaşlılara, gənclərə və qaçqınlara keçiləcək.

Facebook 2020-ci ilədək bir milyon adama, şirkət sahibinə təlim keçmək öhdəliyi götürür.

Əmin olmaq istəyirik ki, adamlar bizim yerlərə, texnologiyaya, insanlara investisiya qoyduğumuzu görsünlər”, – Sandberg deyib.

VERGİ İTTİHAMI

Bu arada Avropa Birliyi ölkələri texnologiya şirkətlərinin vergi öhdəliklərini qaldırmağı müzakirə edirlər. Belə ki, böyük ölkələr Amazon (AMZN.O), Google (GOOGL.O), Apple (AAPL.O) və Facebook-u (FB.O) ittiham edirlər ki, AB-də qazandıqlarını vergilərin aşağı olduğu Luksemburq və İrlandiya kimi ölkələrə yönəltməklə daha az vergi ödəyirlər.

Luksemburq və Malta kimi daha kiçik AB ölkələri isə bildirirlər ki, AB vahid korporativ vergi islahatı tətbiq etsə, bu, qurumun iqtisadiyyatına ziyan vurar, rəqibləri qazanar.

*** Buna da bax: Facebook-un qanuna necə əməl etdiyi yoxlanacaq

Ötən il AB-dən bir deputatın hazırladığı hesabata görə, AB ölkələri 2013-2015-ci illərdə Google və Facebook-dan gələ biləcək 5,4 milyard avroluq vergi gəlirini itirib.

Facebook-sa bildirib ki, İcmanın Gücləndirilməsi proqramı çərçivəsində kiçik şirkətlər və startaplarla işləyəcək. Sosial şəbəkə 2020-ci ilədək 100 min kiçik və orta şirkətə fərdi, 250 min şirkətə isə onlayn təlim keçiləcəyini bildirib.

Facebook daha öncə Nigeriya və Braziliyada oxşar mərkəzlər açıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG