Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:58

Bu gün, yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Milli Məclisin mətbuat xidməti sessiyada Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyini açıqlayıb. Heyətə sədr Səməd Seyidov, Rafael Hüseynov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə Rövşən Rzayev daxildirlər.

Tədbirdə AŞPA-nın yeni prezidenti seçilməli, Büro və Daimi komitənin illik hesabatları təqdim olunmalıdır. Avropa Şurasının baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə etməlidirlər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verilməlidir.

Toplantıda Avropada milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi və bəzi ölkələrdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılmalıdır.

Yanvarın 26-da isə Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov Sevinc Fətəliyevanın hazırladıqları hesabatlar müzakirə olunmalıdır. Hesabatlar «Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması» və «Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi» adlanır.

Sessiyanın yanvarın 26-da yekunlaşacağı gözlənilir.

Xatırlama

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt bu qurum qarşısında bir sıra öhdəliklər götürülüb. Bura insan hüquqları, azad seçkilər və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli kimi məsələlər daxildir. Azərbaycan qurumun hələ də monitorinqi altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG