Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:20

Lavrov: Qərbin “rusiyafobiyası” indi daha betərdir


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Qərb ölkələrində “rusiyafobiya” Soyuq Müharibə dövründəki pik həddən də yüksəkdir.

Bu rusiyafobiyanın misli görünməyib. Bunu Soyuq Müharibə dövründə belə görməmişik”, - Lavrov “Kommersant” qəzetinin yanvarın 21-də dərc etdiyi müsahibədə deyir.

«O zaman bəzi qaydalar, ədəb-ərkan varıydı. İndi bütün ədəb-ərkanı qırağa qoyublar», – o deyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Rusiyanın “qırmızı xətləri” var və başqa ölkələr onları keçməməlidir.

*** Buna da bax: ABŞ Rusiyanın raket istehsal edən iki şirkətinə məhdudiyyət qoyub

Qərbdə ciddi siyasətçilər anlayırlar ki, bu qırmızı xətlərə, Soyuq Müharibə dövründə olduğu kimi, sayqı göstərilməlidir”, – Lavrov söyləyib.

“ABSURD VƏ ƏSASSIZ” ADDIMLAR

Xarici işlər naziri “istənilən mümkün yolla Rusiyanı cəzalandırmaq cəhdləri”ni tənqid edib. O, özəlliklə Birləşmiş Ştatlar və Avropa Birliyinin qoyduğu sanksiyaları misal çəkib, bu addımları “absurd və əsassız” adlandırb.

Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayandan sonra Qərb ölkələri Rusiyaya sanksiyalar qoyub.

Amma Rusiya, separatçılara hərbi, iqtisadi və siyasi dəstəyinə dair sübutların mövcudluğuna baxmayaraq, bunu danır. 2014-cü ilin aprelində münaqişə başlanandan 10 min 300-dən çox adam həlak olub.

ABŞ kəşfiyyat agentlikləri Moskvanın 2016-cı il prezident seçkisinə müdaxilə etməsinə dair qənaətini açıqlayandan sonra Vaşinqton da Rusiyaya sanksiyalar qoyub. Rusiya isə seçkiyə müdaxilə etmədiyini deyir.

*** Buna da bax: NATO Moskvanı ‘Qorbaçovun imzaladığı müqaviləni’ pozmaqda ittiham edir

Lavrov onu da deyib ki, ABŞ prezidenti Donald Trump siyasi opponentlərinin təzyiqi altında Rusiyaya qarşı qərarlar verir.

Prezident seçkisi kampaniyası dövründə Trump Moskvayla daha yaxşı münasibətlər tərəfdarı olduğunu açıqlayıb. O, vəzifədə olduğu müddətdə Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı iddiaları rədd edib. Məlumatlara görə, Rusiyanın məqsədi Trump-a kömək etmək, onun demokratlardan rəqibi Hillary Clinton-a zərbə vurmaq olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG