Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:51

ABŞ Rusiyanın raket istehsal edən iki şirkətinə məhdudiyyət qoyub


Rusiyanın Aralıq dənizindən atdığı qitələrarası raket (Foto arxivdəndir)

Birləşmiş Ştatlar Rusiyanın raketləri layihələndirən Novator konstruktor bürosuna və bir hərbi araşdırma şirkətinə qarşı yeni lisenziya və ixrac məhdudiyyətləri qoyduğunu elan edib.

ABŞ bu şirkətlərin hər ikisini, Vaşinqtonun qənaətinə görə Soyuq müharibə dövrünün silahlara nəzarət müqaviləsini pozan raketin layihələndirilməsində iştirakda günahlandırır.

ABŞ-ın Ticarət Nazirliyi dekabrın 19-da yaydığı məlumatda bildirir ki, Birləşmiş Ştatlar Novator və Titan-Barrikadı şirkətlərini 1987-ci il Yaxın və Orta Mənzilli Raketlərin Qadağanı müqaviləsini pozan qitələrarası raketin istehsalı üçün məsul hesab edir.

Bu qərar bu iki şirkətlə hər hansı biznes əlaqəsi olan ABŞ və başqa ölkə şirkətləri üçün lisenziya və ixrac şərtlərini sərtləşdirir.

Ticarət Nazirliyinin qərarında deyilir ki, bu iki şirkət, Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə yerdən atılan qitələrarası raket sistemi və bu raket üçün nəqliyyat-qaldırıcı vasitəsi istehsal etməklə 1987-ci il müqaviləsinin şərtlərini pozub.

Bu da qeyd olunur ki, belə bir raketin istehsalında inştirak etməklə sözü gedən şirkətlər Birləşmiş Ştatların milli təhlükəsizlyinə və xarici siyasət maraqlarına zidd hərəkətdə bulunublar.

Rusiya müqaviləni pozaraq yerdən atılan qitələrarası raket istehsal edib yerləşdirməsi barədə ittihamları 2014-cü ildən bəri israrala təkzib edir. Sözü gedən müqavilənin əsasında Avropada raketlərin bütöv bir tipi tamamilə ləğv edilib. 1987-ci il müqaviləsi ABŞ-Rusiya silahlara nəzarət sazişinin bel sütununu təşkil edir.

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ Ticarət Nazirliyinin qərarını tənqid edərək bildirib ki, Birləşmiş Ştatların əsas məqsədi 1987-ci il müqaviləsinin güvvədən salınmasıdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə deyib ki, ABŞ son dörd ildə Moskvaya qarşı sanksiyalar qoymağa aludə olub, “amma Rusiyanın iqtisadi və hərbi qüdrəti buna baxmayaraq artmaqda davam edir”.

Ryabkovun bəyantında deyilir: “Bəzi Amerika siyasətçilərinin bizi qorxutmağın mümkün olduğu barədə xam xəyalları onların Rusiyanı yaxşı tanımamadıqlarını və uzaqgörən olmadıqlarını nümayiş etdirir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG