Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:31

Parlament qrupu saxlanmış etirazçılara baş çəkəcək


Almaniyada İrandakı etirazlara dəstək aksiyası, 6 yanvar, 2018-ci il

İran mediası yazır ki, parlament üzvləri dekabrın sonunda ölkəni silkələmiş antihökumət etirazlarında saxlanmış məhbuslara baş çəkə biləcək.

Parlamentin ədliyyə komitəsinin sözçüsü Hassan Norouzi yanvarın 21-də yarırəsmi ISNA agentliyinə deyib ki, “müraciətimiz bu gün təsdiqləndi”.

Məlumata görə, yanvarın 28-də komitə üzvlərindən kiçik bir qrup Tehranın Evin həbsxanasındakı məhbuslara baş çəkə biləcək.

Qrupa 10-dək deputatın salınacağı bildirilib.

İslahatçı deputat Mahmoud Sadeghi etirazlarda 3 min 700 nəfərin saxlandığını demişdi.

İlkin olaraq bahalanmaya və rəsmi səviyyədə korrupsiyaya etirazla başlamış nümayişlər sonradan ruhani liderlərə qarşı çevrildi.

İran parlamentinin yanvarın 7-də bildirməsinə görə, tələbələr daxil olmaqla sıravi etirazlar hissə-hissə buraxılacaq, amma etirazların liderləri cəzalandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG