Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:32

Ağdam rayonunda iki qardaşın ailəsində 7 nəfər zəhərlənib.Onların qidadan zəhərləndiyi güman edilir.

Ağdam rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.

R. Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı xəstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailələri olub. E. Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə və udma pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

Xəbərə görə, araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Əsmər Cabbarova , 29 yaşlı Elnaz İsmayılova , 28 yaşlı Aygün Cabbarova , 30 yaşlı Rahib Cabbarov, 10 yaşlı Nəriman Cabbarova , 6 yaşlı Mafizə Cabbarova və 3 yaşlı Rahil Cabbaroviki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG