Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 19:39

Milli Məclisin deputatları yanvarın 21-də Strasburqa səfər edəcək.

Parlamentin mətbuat xidməti xəbər verir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcəklər.

Sessiya yanvarın 22-də başlayıb 26-da başa çatmalıdır.

Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə və Rövşən Rzayev daxildir.

AŞPA-nın qış sessiyasında qurumun yeni prezidentinin seçiləcəyi gözlənilir. Büro və Daimi komitənin illik hesabatları təqdim olunmalı, baş katibin, İnsan hüquqları üzrə komissarın 2017-ci ildə görülən işlərlə bağlı məruzələri dinlənməlidir.

Sessiyada Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyət, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, bir sıra ölkələrdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılmalıdır.

Səfərin yanvarın 28-də başa çatacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG