Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:05

Nazir prezidentin təklifinə lağ edir


Vladimir Makei

Belarusun xarici işlər naziri Qazaxıstanın Ukrayna sülh danışıqlarına ev sahibliyi etmək təklifini lağ və tənqid edib. Belə ki, bu danışıqlar daha öncə Minskdə keçirilib.

Nazir Vladimir Makei yanvarın 19-da deyib ki, danışıqları yeni məkana keçirmək heç nəyi dəyişməyəcək.

“Danışıqların məkanının məsələyə az dəxli var. Uğur qazanmaq şansı olsaydı, Ukrayna danışıqları lap Antarktidaya da keçirilə bilərdi”, – Makei deyib.

Nazirin sözlərinə görə, Belarus heç də “bəzi digərləri kimi sülhyaradıcının dəfnə ağacını istəmir”.

Bu arada Kreml bildirib ki, 2015-ci ilin Minsk sazişinə sadiq qalmaq Ukrayna münaqişəsinin həlli üzrə “danışıqların məkanından daha vacibdir”.

Bu bəyanatlardan bir gün öncə Qazaxıstan prezidenti Nursultan Nazarbaev deyib ki, Ukrayna sülh danışıqları dalana dirənib və ölkəsi yeni danışıqlardan ötrü yeni məkan ola bilər.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlanandan 10 min 300-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG