Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:17

Sarkisian keçmiş baş nazirin prezidentliyə namizədliyini verir


Serzh Sarkisian Dilicanda konfransda, dekabr, 2017-ci il
Serzh Sarkisian Dilicanda konfransda, dekabr, 2017-ci il

Ermənistan prezidenti Serzh Sarkisian hakim Respublikaçı Partiyasından prezidentliyə keçmiş baş nazir Armen Sarkisian-ın namizədliyini irəli sürüb.

Hazırkı prezidentlə qohumluğu olmayan Armen Sarkisian 1996-1997-ci illərdə baş nazir postunda çalışıb, respirator xəstəlik səbəbindən istefa verib.

O, hazırda Ermənistanın Britaniyada səfiridir və konstitusiyaya son dəyişikliklərə uyğun olaraq, heç bir siyasi partiyanın üzvü deyil.

*** Buna da bax: Parlament “bahalanma dinləməsi” keçirəcək

SARKİSİAN-IN NİYYƏTİ

Respublikaçı partiyasının rəhbəri olan prezident Sarkisian onun namizədliyini yanvarın 19-da irəli sürüb.

Prezident bu ay deyirdi ki, Respublikaçı Partiyasının namizədi siyasətə girişməyən, cəmiyyətin yüksək sayqı göstərdiyi şəxs olmalıdır.

2015-ci ilin dekabrında keçirilmiş referendumdan sonra Ermənistan yarı-prezident sistemindən parlament respublikasına çevrilib.

Bundan sonra prezidentin veto hüququ alınır və prezidentlik protokol vəzifə sayılır. O, daha xalq səsverməsiylə deyil, hər yeddi ildən bir parlament tərəfindən seçiləcək.

Konstitusiyaya islahatlar nəticəsində bir şəxs prezident postuna yalnız bircə dəfə yeddi illiyə seçilə bilər.

*** Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

Tənqidçilərin fikrincə, bununla hazırkı prezident Sarkisian aprelin 9-da prezidentlik müddəti bitincə baş nazir olmağı və ölkəyə siyasi nəzarəti əlində saxlamağı hədəfləyir. O, iki dəfə beşilliyə prezident seçilib.

Ermənistanın 113 yerlik parlamentində çoxluq Respublikaçı Partiyasının əlindədir və martın əvvəlində Sarkisian-ın irəli sürdüyü namizədi təsdiqləyəcəyi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG