Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:56

Parlament “bahalanma dinləməsi” keçirəcək


Yerevanda elektrikin bahalanmasına etiraz aksiyası, 2015-ci il

Bir neçə günə Ermənistan parlamenti bahalanmayla bağlı dinləmələr keçirəcək. Bu təkliflə prezident Serzh Sarkisian çıxış etmişdi.

AzadlıqRadiosunun erməni xidməti yada salır ki, ötən cümə günü parlament üzvlərini qəbul edən Serzh Sarkisian dinləmələr keçirməyə, qiymətlərin artımını diqqətlə müzakirə etməyə, adamlara reallığı göstərməyə çağırıb.

Prezident sarayında keçirilən toplantıda bircə müxalifətin Yelk blokunun təmsilçiləri iştirak etməyiblər.

“NƏYİ YUMŞALTMAQ İSTƏYİRSİZ?”

Parlament sədri Ara Babloyan yanvarın 16-da parlamentin dördgünlük sessiyasının açılışında deyib ki, onun təşəbbüsüylə yanvarın 23-də parlamentin iclas zalında “Ayrı-ayrı məhsulların qiymət artımının səbəbləri və inflyasiyanın zəiflədilməsi imkanları” mövzusunda dinləmələr təşkil olunacaq.

*** Buna da bax: Ermənistanda dizel yanacağı, benzin bahalanıb

Yelk blokuysa bu cümə bahalanmaya etiraz marşı keçirəcək. Blok bildirib ki, mövzuya dair parlament dinləməsinin keçirilməsi mənasızdır.

Fraksiyanın təmsilçisi Edmon Marukyan-ın fikrincə, yalnız küçə mübarizəsi variantı qalır:

«Dinləmələr təşkil etmək faydasızdır, cənab Babloyan, çünki görünür, bu, ancaq buxarın çıxmasıdan ötrü bir tədbir olacaq. Bundansa, Vergi Məcəlləsinə təcili dəyişikliklər olunmalıdır.Bütün bu müzakirələrdən elə bir təəssürat yaranır ki, respublika çoxluğu və hakimiyyət bahalanmadan təzəcə xəbər tutub və onu önləməkdən ötrü mümkün olanı etmək istəyirlər. Sıxılmış qaza aksiz vergisini 8 min dramdan 25 min drama (16,5 dollardan 51,5 dollara) qaldıranda düşünmürdüz ki, bu bahalanma zəncirvari reaksiya doğuracaq?»

Marukyan parlamentdə xatırladıb ki, hakim çoxluq Yelk fraksiyasının vergi qanunvericiliyi sahəsində təkliflərini rədd edib: “Və siz bura gəlib demək istəyirsiz ki, yumşaltmağı müzakirə edəcəksiz... Nəyi yumşaltmaq istəyirsiz?”

Günün bütün mövzuları

XS
SM
MD
LG