Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:20

Ermənistanda dizel yanacağı, benzin bahalanıb


Ermənistanda yanacaqdoldurma stansiyası
Ermənistanda yanacaqdoldurma stansiyası

Yanvarın 1-dən Ermənistanda benzinin, dizel yanacağının və avtomobillər üçün sıxılmış qazın qiyməti 10-15% artıb.

Bir ay öncə AI-92 markalı benzinin litri 390 drama (80 sent) satılırdı. Bu günsə bu benzinin litri 430 dramdır (1 manat 50 qəpik). Dizel yanacağının qiyməti 390 dramdan 440 drama qalxıb.

*** Buna da bax: Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Üstəlik, avtomobillər üçün qaz da bahalanıb, indi sürücülər sıxılmış qazın bir kubmetrinə 210-220 dram ödəməlidirlər. İlin sonunda bu yanacağın kub metri 180-190 drama satılırdı.

MİNİMUM ƏMƏKHAQQI VS. İSTEHLAK SƏBƏTİ

Taksi və mikroavtobus sürücülərinin reaksiyası bəllidir. “Bunun çox pis nəticələri olacaq və hər şeyin qiymətini qaldıracaq”, – bir sürücü Azatutyun radiosuna deyib.

Radionun erməni xidməti qeyd edir ki, ölkədə inflyasiyanın mövcudluğuna baxmayaraq, hakimiyyət artıq bir neçə ildir pensiya və minimum əməkhaqqını qaldırmaqdan imtina edir. 2018-ci ildə də durum dəyişməyəcək.

*** Buna da bax: Azərbaycan ümumdaxili məhsulun artımına görə qonşularından geri qalır

Sonuncu dəfə minimum əməkhaqqı 2015-ci il iyulun 1-də qaldırılıb. Hazırda Ermənistanda minimum əməkhaqqı 55 min dram, yaxud indiki kursla 113 ABŞ dollarıdır.

Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin üçüncü rübündə minimum istehlak səbəti 55 min 591 drama bərabər olub.

İqtisadçı Mesrop Arakelyan deyir ki, yanacağın bahalanması aztəminatlı ailələrə təsirini göstərəcək və istehlakçılar üçün əlavə yükə çevriləcək.

Ermənistanda bu ilin ilk iş günü yanvarın 8-nə düşür deyə, Azatutyun radiosu dövlət qurumlarından açıqlama ala bilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG