Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Moskva Rusiya səfirliyinin bank transferlərinin yayılmasına etiraz edir


Sergei Kislyak 2016-cı ilin mayında Donald Trump-ın seçki kampaniyası tədbirinə qatılıb
Sergei Kislyak 2016-cı ilin mayında Donald Trump-ın seçki kampaniyası tədbirinə qatılıb

Rusiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlardan konfidensial diplomatik informasiyanın yayılmasını dayandırmağı tələb edib. Bu həftə ABŞ mediası Rusiya səfirliyinin “şübhəli” bank transferlərinin detallarını yaymağa başlayıb.

ABŞ-ın Buzzfeed portal yazıb ki, Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə iddialarını araşdıran rəsmilər noyabr seçkisindən öncə və sonra Vaşinqtondakı Rusiya səfirliyindən transferləri araşdırır.

120 MİN VƏ 150 MİN DOLLAR

Buzzfeed-in yazdığına görə, ABŞ bankları səfirliyin bir neçə transferini qeydə alıb və onların həcmi böyük və “şübhəli” olduğundan tənzimləyici orqana məlumat verib.

*** Buna da bax: Kreml deyir ki, Flynn-Kislyak görüşünün Putinin qərarında rolu olmayıb

Qeydə alınmış tranzaksiyalarda birbaşa, yaxud dolayısıyla ötən ilədək Rusiyanın Vaşinqtonda səfiri olmuş Sergei Kislyak-ın iştirak etdiyi bildirilir. Keçmiş səfir seçkidən əvvəl və sonra ABŞ prezidenti Donald Trump-ın baş köməkçilərilə saysız əlaqələr yaradıbmış.

Ən yüksək səviyyəli kontakt Trump-ın birinci milli təhlükəsizlik müşaviri Michael Flynn-lə olub. O, Trump seçiləndən sonra Kislyak-la çoxsaylı telefon danışıqları barədə Federal Təhqiqatlar Bürosuna (FBI) yalan danışdığını boynuna alıb.

Medianın yazdığına görə, prezidentin kürəkəni Jared Kushner Trump ötən ilin yanvarında vəzifəyə keçməzdən öncə Kislyak-la təhlükəsiz gizli kommunikasiya kanalı yaratmağa çalışıb.

Buzzfeed yazıb ki, Trump seçiləndən 10 gün sonra Kislyak “ödəniş” kimi göstərilən 120 min dollar alıb. Bu transferi banklar “şübhəli” kimi qeydə alıb.

Daha bir maraqlı məqam da var. Trump 2017-ci ilin yanvarında and içəndən 5 gün sonra kimsə səfirliyin bank hesabından 150 min dollar nağd pul çıxarmaq istəyib, ancaq bank bu addımı bloklayıb.

“RUTİN” TRANSFERLƏR

Media Kislyak-ın Trump-ın köməkçiləriylə əlaqələrini ictimailəşdirəndən sonra o, ötən il Rusiyaya qayıdıb. O, nə həmin kontaktları, nə də Buzzfeed-in səfirliyin maliyyə tranzaksiyaları barədə yazdıqlarını şərh edib.

*** Buna da bax: Keçmiş müşavirinin etirafından sonra Trump ilk dəfə jurnalistlərə danışdı

Rusiya isə tranzaksiyaların baş verdiyini danmayıb, onları “şübhəli” deyil, “rutin” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi transferlər barədə informasiyanın açıqlanmasına görə ABŞ hökumətini günahlandırıb.

Aydındır ki, hakimiyyətin xəbəri olmadan bu, baş verə bilməzdi”, – nazirlik bildirib.

Biz bir daha qeyd etməliyik ki, Vaşinqton Rusiya diplomatik missiyalarının işləməsi üçün uyğun şəraiti yaratmır. Onlara təzyiq davam edir və artmaqdadır”, – nazirlik qeyd edir.

Qurum ABŞ hakimiyyətini konfidensial informasiyanın qanunsuz yayılmasını dərhal dayandırmağa, “bunda günahı olanları məsuliyyətə cəlb etməyə” çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG