Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:37

1918-ci il mart-aprel qırğınları ilə bağlı tədbirlər keçiriləcək


"31 Mart qırğını"

Prezident İlham Əliyev 1918-ci il Bakıda və bir çox bölgələrdə törədilən qırğınların 100 illiyinin qeyd olunması ilə bağlı bu gün, yanvarın 18-də sərəncam verib.

Sənəddə vurğulanır ki, tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirilib.

”Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”, - sərəncamda yazılır.

Bildirilir ki, həmin vaxt Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik, dini mənsubiyyətinə görə qətlə yetirilib.

Buna da bax: 31 mart qırğınının 97-ci ildönümüdür

Sənəddə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həmin olayların araşdırılmasından ötrü komissiya yaratdığı qeyd olunur.

Bildirilir ki, lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.

Sərəncamda bildirilir ki, yalnız 1998-ci il martın 26-da prezident Heydər Əliyevin imzaladığı fərmanla həmin hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Buna da bax: N.Nərimanov 31 Mart qırğınlarının qarşısını ala bilərdimi?

Sənədə əsasən, Prezident Administrasiyası həmin hadisələrin yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.

Milli Məclisə isə tövsiyə olunub ki, bununla bağlı xüsusi iclas keçirsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG