Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:03

“Əfqanıstan Talibanla sülh danışıqları aparmağa yaxındır”


Nikki Haley

Birləşmiş Ştatların ötən ildən tətbiq etdiyi strategiya nəticəsində Əfqanıstan Talibanla sülh danışıqlarına yaxındır. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley yanvarın 17-də BMT-də deyib.

Bu arada yayılan məlumatlara görə, bu həftə Taliban təmsilçiləri Pakistanın paytaxtı İslamabada səfər edərək sülh danışıqlarının bərpası üçün ilkin danışıqlar aparıblar.

“Görürük ki, talibanla danışıqlara, əvvəlki sülh prosesinə yaxınıq”, – Haley bildirib. O, həftəsonu BMY Təhlükəsizlik Şurasının 15 üzvüylə birlikdə Kabilə səfərdən sonra reportyorlara məlumat verib.

“Onlar əmindirlər taliban masaya gələcək”, – Haley əfqan liderlərinə istinadla bildirib. “ABŞ-ın Əfqanıstanla bağlı siyasəti işləyir”, – o, sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG