Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 08:13

Nyu Yorkdakı hücuma görə təqsirləndirilən özbək şərt kəsir


Sayfullo Saipov-un fotosu
Sayfullo Saipov-un fotosu

Nyu Yorkda yük maşınını velosiped cığırına sürərək səkkiz nəfəri öldürməkdə suçlanan özbək təqsirini boynuna almağa və ömürlük cəza çəkməyə hazırdır, bir şərtlə ki prokurorlar ona ölüm cəzası istəməsinlər. Bunu 29 yaşlı Sayfullo Saipov-un vəkilləri deyirlər.

Vəkillər bununla bağlı yanvarın 17-də məhkəməyə sənəd təqdim ediblər. Bu arada prokurorlar Menhetten Dairə Məhkəməsindən xahiş ediblər ki, Saipov-un qətl və terrorçuluq ittihamlarıyla məhkəməsi 2019-cu ilin aprelinə təyin olunsun.

Prokurorlar ötən il oktyabrın 31-də öldürülmüş şəxslərin qohumlarının və xəsarət almış şəxslərin “işin bağlanmasını həddən artıq istədiyini” bildiriblər.

Saipov-un vəkillərinin deməsinə görə, işi bağlamağın ən sürətli yolu prokurorların onların təklifini qəbul etməsidir.

ÖLÜM CƏZASI TƏLƏB OLUNARSA...

ABŞ-ın Menhettendəki prokuroru vəzifəsini icra edən Geoffrey Berman ölüm cəzasıyıa bağlı öz tövsiyəsini verəcək. Amma son qərarı ABŞ-ın baş prokuror Jeff Sessions çıxarmalıdır.

*** Buna da bax: Nyu York hücumundakı şübhəli təqsirsiz olduğunu deyir

Berman və Sessions prezident Donald Trump tərəfindən təyin olunub. O isə Twitter-də yazıb ki, Saipov-a ölüm cəzası kəsilməlidir.

Hökumət Saipov-a ölüm cəzası istəyərsə, vəkilləri bu halda məhkəmənin 2019-cu ilin sentyabrından tez keçirilməsini mümkün saymırlar. Çünki bu zaman müdafiə üçün informasiya toplamaqdan ötrü dünyanın o başına getməli olduqlarını deyirlər.

Özbəkistandan mühacir olan Saipov Birləşmiş Ştatlarda daimi yaşayış izni alıb. O, hücumdan dərhal sonra saxlanıb.

Polis onun kirayə götürdüyü yük maşınını 2001-ci ildə 11 sentyabr terrorundan baş verdiyi Ümumdünya Ticarət Mərkəzinin yaxınlığındakı velosiped cığırına qəsdən sürdüyünü bildirir.

Saipov polisə ilkin bəyanatlarında İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına bağlılığını etiraf edib, daha sonra “Xilafət əsgəri” olduğunu deyib.

Polis onun mobil telefonunda İŞİD-in təbliğat videolarının saxlandığını bildirir. Saipov müstəntiqlərə həmin videolardan həvəsləndiyini deyib.

Saipov-un ailəsi AzadlıqRadiosu-nun özbək xidmətinə deyib ki, o, 2010-cu ildə Birləşmiş Ştatlara köçməmişdən radikal baxışları olmayıb və görünür, onlayn mənbələrdən radikallaşıb.

XS
SM
MD
LG