Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

Nyu York hücumundakı şübhəli təqsirsiz olduğunu deyir


Sayfullo Saipov-un fotosu Nyu Yorkda keçirilən mətbuat konfransında göstərilir, 1 noyabr, 2017-ci il

Ötən ay Nyu Yorkda səkkiz nəfəri öldürməkdə ittiham olunan özbək mühacir özünü təqsirsiz sayır.

29 yaşlı Sayfullo Saipov noyabrın 28-də ABŞ-ın Menhetten ştatında dairə hakimi Vernon Broderick qarşısında belə deyib.

Saipova 22 ittiham verilib, qətldə, xarici terrorçu təşkilata maddi dəstək verməkdə suçlanır.

Ona ölüm cəzası da kəsilə bilər.

Saipov oktyabrın 31-də kirayə götürdüyü yük maşınını Menhettendə velosiped cığırına sürüb. Bu, Nyu Yorkda 2001-ci ilin 11 sentyabr terrorundan bəri ən çox ölümə səbəb olan hücum sayılır.

Rəsmilər onun saxlanandan sonra ekstremist İslam Dövləti (İŞİD) qruplaşmasına bağlılığı barədə açıqlama verdiyini deyiblər. Qruplaşma da hücumu öz ayağına yazıb.

Saipov-un telefonundan İŞİD təbliğatıyla əlaqədar onlarla video aşkarlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG