Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:21

BMT rəhbəri İran nüvə sazişinə təhlükə barədə


Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres ölkələri İranın 2015-ci ildə dünya gücləriylə imzaladığı nüvə sazişinə ziyan vurmamağa çağırıb. Baş katibin fikrincə, onlar bunu İranın Yaxın Şərqdə qeyri-nüvə hərbi fəaliyyəti sarıdan narahatlıqlarına görə edə bilərlər.

“Nüvə sazişinə birbaşa dəxli olmayan məsələlərə bu sazişin qorunması, onun öhdəlikləriylə bağlı önyarqısız baxılmalıdır”, – Guterres yanvarın 17-də yaydığı bəyanatda deyib.

Bu saziş “nüvə silahlarının yayılmaması və diplomatiyanın böyük uğurudur və regional və beynəlxalq sülh və təhlükəsizliyə töhfəsini verib”, – o söyləyib.

ABŞ prezidenti Donalt Trump-ın administrasiyası İranın ballistik raket hazırlamasını, Suriyadakı vətəndaş müharibəsində hökuməti dəstəkləməsini, Yəməndə isə husi yaraqlılarına dəstək göstərməsini dəfələrlə tənqid edib və nüvə sazişinə böyük dəyişikliklər olunmasını istəyib.

Trump yanvarın 12-də hədələyib ki, ballistik raket hazırlanmasının qadağan olunması, eləcə də digər dəyişikliklər sənədə salınmasa, ondan çıxacaq. O, İrana qarşı ABŞ-ın sanksiyalarını daha 120 günlük dayandırdığını bildirib, amma bunu “sonuncu dəfə” etdiyini açıqlayıb.

İran sazişə hər hansı dəyişikliyi rədd edir.

Guterres deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İranın razılaşmaya əməl etməsi qənaətinə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG