Keçmiş Makedoniya Yuqoslaviya Respublikasının adıyla bağlı 27 illik mübahisənin həlli yaxındadır. BMT vasitəçisi bununla əlaqədar nikbinliyini dilə gətirib.
“Bu prosesin müsbət istiqamətdə getdiyinə çox ümid edirəm”, – BMT-nin məsələ üzrə elçisi Matthew Nimetz yanvarın 17-də BMT-nin Nyu Yorkdakı qərargahında iki ölkə diplomatlarıyla görüşdən sonra deyib.
Vasitəçi danışıqlar zamanı Makedoniyasının ABŞ-dakı səfiri Vasko Naumovski və Yunanıstanın təmsilçisi Adamantios Vassilakis-ə kompromis təklif edib. Bu təklif indi Skopye və Afinada müzakirə olunacaq.
Nimetz deyib ki, bu məsələ altı ay içində həll oluna bilər.
Yunanıstanın Skopyenin 1991-ci ildə müstəqillik əldə edəndən Makedoniya adından istifadə etməsinə qarşı çıxıb və bu, Makedoniyanın Avropa Birliyi və NATO-ya üzvlüyünü çətinləşdirib.
Afina deyir ki, Makedoniya adından istifadə etməklə Skopye Yunanıstanın şimalındakı eyni adlı regiona iddia edir.