Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 06:56

Məktəbdəki bıçaqlanmada iki yeniyetmə ittiham olunur


127 saylı məktəb

Rusiya hakimiyyəti iki yeniyetmə oğlana ittiham irəli sürüb. Onlar bu həftənin əvvəlində Perm şəhərində məktəbdə azı 12 nəfərin xəsarət almasıyla sonuclanmış hücumu öncədən planlaşırmaqda ittiham olunurlar.

İstintaq Komitəsi bəyanatında bildirib ki, 127 saylı məktəbin 10-cu sinif şagirdi və həmin məktəbin bir məzunu xəstəxanadan buraxılan kimi həbs olunacaqlar.

Onlara öldürməyə cəhd, hücumu planlaşdırma kimi ittihamlar irəli sürülüb.

Yanvarın 15-də yayılmış ilkin məlumatda bu hücumun kənar şəxslər tərəfindən olunduğu bildirilirdi. Amma sonradan hüquq-mühafizə orqanları iki yeniyetmənin bıçaq davasına girişdiyini, digər şagirdlərin və müəllimin onları ayırmağa çalışdığını deyib.

Həmin gənclərin bir-birini bıçaqladığı, xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG