Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 08:44

Pravoslav keşiş 14 illik həbsə məhkum edilib


Gleb Grozovsky

Rusiyada uşaqlara cinsi təcavüzdə təqsirli bilinən keşiş 14 illik həbsə məhkum edilib.

Rusiyanın Leninqrad vilayətindəki Priozersk şəhərindəki məhkəmə yanvarın 17-də keşiş Gleb Grozovsky-yə qarşı hökm çıxarıb.

Məhkəmə Grozovsky-nin 2011-ci ildə Konevets adasındakı pravoslav yay düşərgəsində azyaşlı qızlarla cinsi əlaqəyə girməkdə təqsirli bilib.

O zaman Grozovsky Sankt Peterburq kənarındakı Tsarskoye kəndindəki kilsədə keşiş idi.

Məhkəmə keşişi 2013-cü ilin iyununda Yunanıstanda keşiş olduğu kilsədə də azyaşlı qızlarla cinsi əlaqəyə girməkdə təqsirli sayıb.

Rusiya Grozovsky barəsində 2013-cü ilin oktyabrında həbs orderi çıxarıb və o, 2016-cı ilin sentyabrında İsraildən Rusiyaya ekstradisiya olunub.

Grozovsky İsrail hakimiyyətinə Rusiya Pravoslav Kilsəsi tərəfindən İsrailə göndərildiyini deyibmiş.

Ancaq onun missiyasına 2013-cü ilin noyabrında, pedofiliya ittihamları üzrə istintaq başlayanda son qoyulubmuş.

Günün bütün mövzuları

XS
SM
MD
LG