Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Trump bir ildir prezidentdir, biznesindən hələ də əl çəkməyib


Vaşinqtondakı Trump International Hotel
Vaşinqtondakı Trump International Hotel

Bir il öncə ABŞ prezidenti Donald Trump “The Trump Organization” şirkətinə nəzarəti böyük oğullarına verdi, amma aktivlərindən əl çəkmədi. “Frans Pres” agentliyi bunun prezidentin opponentlərinin və etika ekspertlərinin tənqidinə səbəb olduğunu yazır.

Agentlik qeyd edir ki, prezident ötən il Florida və Nyu Cersidəki qolf klublarında 80 gündən çox vaxt keçirib.

Opponentləri bu məsələdən giley-güzar edir, Ağ evlə prezident şirkətinin qeyri-şəffaf münasibətlərinə qarşı məhkəmə iddiaları da artıb.

*** Buna da bax: Kreml Moskvada Trump göydələni tikintisi barədə e-mail aldığını təsdiq edib

TƏDBİR KEÇİRDİLƏR, QAYDA DONDURULDU

Biznes və siyasətin bu ziddiyyətli qarışığına ən parlaq nümunə Ağ evdən altı dəqiqəlik məsafədə yerləşən “Trump International Hotel”dir.

Bu otel sanki bir ayrı Ağ evdir, burada ertəsi gün prezidentlə danışacaq adamlarla söhbət edə bilərsiniz”, – “American Oversight” qeyri-kommersiya təşkilatının direktoru Austin Envers deyir. Bu qurumu demokratik donorlar maliyyələşdirir, məqsəd Trump administrasiyasının etik pozuntularını aşkarlamaqdır.

Bu, administrasiyada çalışanlara çıxış əldə etməkdir, sıravi amerikalıların belə bir çıxışı yoxdur”, – deyən Envers Səudiyyə Ərəbistanı və Malayziyadan nümayəndə heyətlərinin bu oteldə qalmasının suallar yaratdığını sözlərinə əlavə edib. Yaxud elektron siqaret hazırlayanları təmsil edən qrup burada tədbir keçirəndən az sonra administrasiya bu sektora daha sərt nəzarəti məhdudlaşdıran qaydanı dondurub.

Bir məsələ də var ki, Trump-ın öz daşınmaz əmlaklarına qəfil səfərləri prezidentliyi dövründə də davam edib və bu da həmin obyektləri populyarlaşdırıb və qonaqlarının sayını artırıb.

Donald Trump
Donald Trump

“The Trump Organization” agentliyə açıqlama verməkdən imtina edib. Amma prezidentin ikinci oğlu Eric Trump bu yaxınlarda “The New York Times” qəzetinə deyib ki, şirkət mövcud əmlaklara fokuslanmaq qərarına gəlib, bu əmlaklar sırasında 16 qolf meydançası, bir şərab zavodu, yeddi otel, kommersiya daşınmaz əmlakı var.

Andiçmə mərasimindən öncə ictimaiyyətə açıqlanan razılaşmada şirkətin Trump vəzifədə ikən yeni xarici sövdələşməyə imzalamayacağı bildirilirdi.

ABŞ mediasının yazdığına görə, Çikaqo, Nyu York kimi demokratların çoxluq təşkil etdiyi şəhərlərdə bir sıra əmlakların gəliri azalıb.

*** Buna da bax: ABŞ senatorları Trump-ın Məmmədovlarla biznesinin araşdırılmasını tələb edirlər

MARAQLAR TOQQUŞMASI

Di gəl, prezidentin opponentləri israr edirlər ki, gəlir istəyir artsın, ya azalsın, ortada problem, yəni maraqlar toqquşması var.

İyunda Konqresin 200-dək demokrat üzvü məhkəmə iddiası qaldıraraq xarici hökumətlərin “Trump Organization”a xeyir verməsinə misallar çəkiblər. Onlar tələb edirlər ki, şirkətin istənilən xarici gəlir, yaxud kontraktı təsdiq üçün Konqresə təqdim olunmalıdır.

Prezident Trump qəbul etdiyi xarici hədiyyələrin korrupsiyaya əsas yaratmadığını düşünürsə, onda onları sadəcə, Konqresə təqdim eləməlidir, qəbul etməzdən öncə də buna razılıq almalıdır”, – məhkəmə iddiasının təşəbbüskarı, demokrat senator Richard Blumenthal deyib.

“The Trump Organization” ailə şirkətidir, səhm birjasında yoxdur və qazancını da açıqlamır. Trump-ın özü də vergi bəyannaməsini açıqlamadığından onun maliyyə işləri barədə naməlum çox şey var.

Hökumət Etikası Ofisinin iyunda açıqladığı sənədlərə görə, Trump ötən il 600-650 milyon dollarlıq aktiv və gəlir əldə edib.

Onun Floridadakı “Qış ağ evi” adlı özəl klubundan gəliri 30 milyon dollardan 37 milyon dollara qalxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG