Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:15

Kreml Moskvada Trump göydələni tikintisi barədə e-mail aldığını təsdiq edib


The Trump Organization şirkətinin keçmiş işlər müdiri Michael Cohen

Kreml ABŞ-da prezident seçkisi kampaniyası zamanı ABŞ prezidenti Donald Trump-ın işlər müvəkkilindən Moskvada göydələn tikintisi layihəsi barədə e-mail aldığını təsdiq edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov avqustun 30-da jurnalistlərə deyib ki, Michael Cohen həmin e-mail-i 2016-cı ilin yanvarında mətbuat xidmətinin ümumi ünvanına göndərib.

Peskov-un dediyinə görə, Cohen “müəyyən bir Rusiya şirkətinin və müəyyən adamların” Moskvada göydələn tikmək istədiklərindən yazır və bu layihəyə kömək istəyirdi.

Peskov deyib: “Belə biznes məsələləri barədə işlərlə bağlı sorğulara cavab vermədiyimiz üçün və bu, bizim işimiz olmadığına görə məktubu cavabsız buraxdıq”.

O əlavə edib ki, Kreml bu məsələ barədə buna bənzər başqa xahişlər almayıb və o Cohen-in e-mail-i ilə bağlı məsələni Putinə bildirməyib.

Peskov deyib ki, “biz xarici ölkələrdən aldığımız yüzlərlə və minlərlə xahişləri prezident Putinlə müzakirə edə bilmərik”.

Niyyət məktubu

Kremlin bu şərhlərindən əvvəl Cohen demişdi ki, Trump-ın şirkəti Moskvada göydələn tikmək layihəsini həyata keçirmək istəyib və bu, Truimp-ın respublikaçı namizəd kimi 2015-ci ildəvə 2016-cı ilin əvvəllərində apardığı seçki kampaniyası ilə eyni vaxta təsadüf edib. Həm Trump, həm də Moskva bu iddiaları rədd edirlər.

Bəzi məlumatlara görə, həmin vaxt Trump Organization şirkətinin baş işlər müdiri olan Cohen özünün iki səhifəlik izahatında bildirib ki, bu sövdələşmə “niyyət məktubu” mərhələsinə çatsa da, son nəticədə “müxtəlif bizmes səbəbləri ilə” ləğv edilib.

Cohen israr edib ki, Moskvada Trump Tower binasının tikintisinə dair sövdələşmənin Trump-ın seçki kampaniyası ilə bağlılığı olmayıb.

O bunu da deyib ki, bu məsələ barədə üç dəfə Trump-a şəxsən məruzə edib və Trump 2015-ci ilin oktyabrında otel kompleksinin tikintisinə dair heç bir öhdəliyi olmayan məktubu imzalyıb.

“Bizim oğlan prezident olacaq”

Media xəbərlərinə görə, Cohen bunu da deyib ki, Peskova sövdələşmə ilə bağlı kömək rica edən e-mail-i Trump-ın Rusiya doğumlu biznes tərəfdaşı və Kremllə dərin əlaqələri olduğunu iddia edən Felix Saterin məsləhəti əsasında göndərib.

The New York Times qəzetinin yazdığına görə, Sater Cohen-ə belə əlaqələrinin olduğundan söz açan bir sıra e-mail-lər göndərib və belə bir fikir yürüdüb ki, Moskvada Trump binasının tikilməsi onun prezidentliyi qazanmasına kömək edəcək.

Qəzetin Sater-in Cohen-ə email-lərindən biri olduğunu iddia etdiyi məktubda deyilirdi: "Bizim oğlan ABŞ prezidenti ola bilər və biz bu işi qura bilərik. Mən bütün Putin komandasını bu işə qoşacağam və biz bu prosesi idarə edəcəyik”.

Cohen deyib ki, öz e-mail-inə Kremldən hər hansı cavab aldığını və ya Peskov, yaxud başqa Rusiya hökumət rəsmisi ilə bu layihəyə görə kommunikasiyada olduğunu xatırlamır.

The Trump Organization şirkəti Moskvada icraçı şirkətlərdən biri olan I.C. Expert Investment Co şirkəti ilə Moskvada Trump Tower tikintisinə dair heç bir öhdəlik götürməyən niyyət məktubunun 2015-ci ilin oktyabrında imzalandığını təsdiq edib.

Şirkət bildirib ki, “bu layihə əhəmiyyətli dərəcədə irəlilədilmədiyinə” və danışıqlar zamanı nə tikinti yeri, nə də maliyyələşdirmə məsələləri reallaşmadığına görə lisenziya sazişindən imtina edilib.

Şirkət bildirib ki, Trump Organization Rusiyada heç vaxt heç bir daşınmaz əmlaka və ya maraqlara malik olmayıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG