Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 09:14

2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

APA-nın xəbərinə görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, hesabat dövründə Baş İdarə vətəndaşların 7 min 809 müraciətinə baxıb, həmçinin, 280 cinayət xarakterli material araşdırılıb. Həmin materiallardan 181 (65 faiz ) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

O, həmçinin deyib ki, korrupsiyada ittiham olunan şəxslərin 15 milyon 381 min manat məbləğində əmlakına həbs qoyulub.

K.Əliyev vurğulayıb ki, məhkəmələrə göndərilən cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının və ya 33.03 faizinin ödənilməsi təmin edilib:

«Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb».

K.Əliyev bildirib ki, hazırda korrupsiyada ittiham olunan 44 nəfər axtarışdadır.

İdarə rəisi deyib ki, onlardan 34-ü İnterpol xətti ilə axtarılır.

Xatırlatma

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinə ölkədə heç də birmənalı münasibət yoxdur. Müxalifət partiyaları hesab edir ki, onlar dəflərlə müraciət etsələr də, bu idarə qeyri-qanuni yollarla qazanılan milyardlarla vəsaitin ofşor zonalara yerləşdirilməsi ilə bağlı iddiaları araşdırmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG