Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:47

Ukrayna parlamenti yaxınlığında toqquşma olub


Verkhovna Rada yaxınlığındakı etirazçılar

Ukrayna parlamenti yaxınlığında polislə etirazçılar toqquşub. Qanunverici orqan rusiyapərəst separatçıların nəzarətində olan regionların “reinteqrasiyası”na dair qanunvericiliyi nəzərdən keçirməlidir.

Etirazçılar Verkhovna Rada yaxınlığında təkər və Rusiya bayrağını yandırıblar. Polis və yanğınsöndürənlər yanan şinləri söndürüb və onları etirazçıların ötən il quraşdırdığı çadır düşərgəsinə tərəf atıb. Hüquq mühafizə əməkdaşları qarşıdurmanı dağıtmaqdan ötrü kimyəvi spreydən də istifadə edib.

Kiyev polisi Radada müzakirədən öncə hökumət binaları və parlament ətrafına 3 min 800 təhlükəsizlik əməkdaşının yerləşdirildiyini deyirdi.

Nümayişçilər deputatların “reinteqrasiya” qanununu sürətlə qəbul etməsini istəyirlər. Qanunda Rusiyanın “təcavüzkar” olduğu qeyd edilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutub və Luqansk və Donetskdə separatçıları dəstəkləyir. Moskvasa separatçılara dəstək vermədiyini deyir.

Parlament bugünkü iclasda Ali Antikorrupsiya Məhkəməsinin yaradılması barədə qanun layihəsinin də müzakirə oluna biləcəyini deyirdi. Prezident Petro Poroshenko bu məsələni ötən ay təklif edib, o zaman etirazçılar da elə onun qəbulunu tələb edirdilər.

Antikorrupsiya məhkəməsinin yaradılması Beynəlxalq Valyuta Fondunun Ukraynaya 2 milyard dollarlıq kredit tranşını ayırmaqdan ötrü şərtlərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG