Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Çeçen fəal “dözülməz ağrılar”dan əziyyət çəkir


Oyub Titiyev Memorial-ın ofisində Natalia Estemirova-nın portreti qarşısında, arxiv fotosu
Oyub Titiyev Memorial-ın ofisində Natalia Estemirova-nın portreti qarşısında, arxiv fotosu

Narkotik saxlamaq ittihamıyla həbs olunmuş çeçen fəalın dözülməz ağrılardan əziyyət çəkdiyi, müalicə olunmadığı bildirilir. Bunu fəalın vəkili deyir. Tərəfdarları ittihamın qurama olduğunu bəyan ediblər.

Vəkil Pavel Zaikin yanvarın 15-də deyib ki, təxminən bir həftədir saxlanmasına baxmayaraq, Oyub Titiyev hələ də müvəqqəti polis təcridxanasındadır və orada tibbi xidmət yoxdur.

“PÜREYLƏ QİDALANIR”

Rusiyada məhbuslarla bağlı qanunvericiliyə uyğun olaraq, insan haqları fəalı artıq tibbi xidməti olan müəssisəyə köçürülməliydi.

*** Buna da bax: Çeçen fəal barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib

Vəkilin sözlərinə görə, 60 yaşlı Titiyev yanvarın 9-da saxlananda yeni diş protezi almağa gedirmiş. Polis onun üzərindən 180 qram marixuana tapıldığını desə də, özü və tərəfdarları bunu “saxta” adlandırır.

O, dözülməz ağrılardan əziyyət çəkir, protezsiz yeyə bilmir, ona görə də indi ancaq çağalar üçün püreylə qidalanır”, – Zaikin deyib.

Vəkilin sözlərinə görə, Titiyev-i müayinə etməyə kənardan tibb əməkdaşları da buraxılmır. Zaikin deyib ki, müstəntiqlər Titiyev-in yanvarın 19-dan tez transfer olunmayacağını söyləyiblər.

Titiyev-in həmkarları ona siyasi təzyiq olunmasından əmindirlər”, – Zaikin vurğulayıb.

Rusiyanın Memorial insan haqları qrupunun Çeçenistan üzrə rəhbəri olan Titiyev-in bəzi qohumlarının da polis təzyiqindən sonra Çeçenistanı tərk etdiyi qeyd olunur.

“İŞ UYDURULUB”

Memorial Titiyev-ə açılmış cinayət işinin onun insan haqları fəaliyyətinə görə “uydurulduğunu” bildirib.

Həmkarları onun dindar olduğunu, narkotikdən istifadə etmədiyini deyirlər.

Qərb hökumətləri və insan haqları təşkilatları Titiyev-in həbsini pisləyib, onun azadlığa buraxılmasını tələb ediblər.

Çeçenistan hakimiyyəti isə Titiyev-in həbsi arxasında hər hansı siyasi motiv olmadığını deyir.

Kadyrov 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Çeçenistana rəhbər təyin olunub. İnsan haqları qrupları onun regionu repressiv metodlarla idarə etdiyini, təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaratdığını deyirlər. Onların iddiasına görə, Kadyrov adam oğurluğu, yoxaçıxmalar, işgəncə, siyasi opponentlərin qətli halları üçün məsuliyyət daşıyır.

Titiyev-in sələfi, Çeçenistanda hakimiyyətin yol verdiyi iddia olunan insan haqları pozuntularını araşdıran Natalya Estemirova 2009-cu ildə Qroznıda oğurlanaraq öldürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG